Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti iclası keçirilib - FOTO

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti iclası keçirilib - FOTO
30 2024 11:59

İclasda işgüzar dairələr arasında ticarət və investisiya sahəsində əməkdaşlıq və əlaqələrin genişləndirilməsi, iş adamlarının iştirakı ilə birgə təşəbbüslərin və layihələrin reallaşdırılması müzakirə edilib.

Bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının təşkilatçılığı ilə Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 4-cü iclası keçirilib.

Tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin, İşgüzar Şuranın həmsədrləri - KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Al Rajhi International for Investment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əd Daxilin, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayevin iştirak etdiyi iclasda hər iki ölkənin biznes, investisiya və ixrac potensialı, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə biznes və sərmayə qoyuluşu imkanları, işgüzar dairələr arasında ticarət və investisiya sahəsində mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri, iş adamlarının iştirakı ilə birgə təşəbbüslərin və layihələrin reallaşdırılması, bu istiqamətlərdə Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının rolunun gücləndirilməsi, qarşılıqlı olaraq investisiyaların təşviqində KOB-ların rolunun artırılmasına dair fikir mübadiləsi aparılıb.

İşgüzar Şuranın iclası çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının sədri Hasan Moejeb Alhvaizi ilə görüşüb. Görüşdə biznes dairələri arasında əməkdaşlıq, qarşılıqlı investisiyaların təşviqi, birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

 


21 May 2024
Cəmiyyət

Mincivan qəsəbəsinə köçürüləcək sakinlərin sayı AÇIQLANDI

"Zəngilan rayonunun Mincivan qəsəbəsinə birinci mərhələdə 3 146 nəfər köçürüləcək".

20 May 2024
Cəmiyyət

Zəngəzur meşələrindən reportaj

Avropada birinci, dünyada isə Kanadadan sonra ikinci təbii çinar meşələrinin yetişdiyi Bəsitçay Dövlət Təbiət Qoruğunun yeni görüntüləri yayılıb.

20 May 2024
Cəmiyyət

Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar

Laçın şəhər 2 nömrəli tam orta məktəbin dörd şagirdi təhsilini Qarabağ Universitetində davam etdirməyi arzulayır.

20 May 2024
Cəmiyyət

Nazir: "Azərbaycan-Tacikistan iqtisadi əməkdaşlığı siyasi əlaqələr səviyyəsinə qaldırılmalıdır"

"Azərbaycan və Tacikistan arasındakı iqtisadi əməkdaşlıq siyasi əlaqələr səviyyəsinə qaldırılmalıdır".

20 May 2024
Cəmiyyət

Sabah 25 dərəcə isti olacaq

Mayın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.